UEFA Millətlər Liqasının 4-cü turunda öz meydanında Macarıstana 0:4 hesabı ilə uduzan İngiltərə millisi son 94 ilin ən acı məğlubiyyətini yaşayıb.
“İki sahil” xəbər verir ki, 1928-ci ildə "Uembli"də Şotlandiya yığmasına 1:5 hesabı ilə məğlub olan ingilislər o vaxtdan bəri öz meydanında 4 top fərqi ilə uduzmamışdı.
Qeyd edək ki, 2 xalı olan İngiltərə yığması A Liqasının 3-cü qrupunda son pillədədir.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib