Astarada futbola maraq yüksək səviyyədədir. Bunu rayonun “Astara” U-14 futbol komandasının iştirak etdiyi yarışlarda ardıcıl qazandığı qələbələr bir daha göstərir. Hə də komanda Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkil etdiyi U-14 Liqada bütün rəqiblərinə qalib gələrək yarım final mərhələsində “Qarabağ” futbol komandası ilə oynamaq hüququ qazanmışdır.
Bu günlər Astara rayon Gənclər və İdman İdarəsində “Astara” U-14 futbol komandasının məşqçiləri və yeniyetmə idmançılarla görüş oldu. Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən R. Şirinov sevindirici qələbələr münasibətilə “Astara” futbol komandasının məşqçilərini, futbolçularını təbrik etdi və qarşıdan gələn digər oyunlarda da onlara vurduqları gözəl qollar hesabına yüksək nailiyyətlər qazanmağı arzuladı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib