Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın növbəti raunddakı mümkün rəqibi bəlli olub.
İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Ağdam təmsilçisinin Polşa “Lex”i ilə təşkil etdiyi cütün qalibinin kiminlə qarşılaşacağı bilinib. Püşk zamanı səpələnmişlərdə olan Qurban Qurbanovun yetirmələri “Lex”i üstələyəcəyi təqdirdə II raundda “Sürix”lə (İsveçrə) qarşılaşacaq. “Qarabağ”ın təşkil etdiyi cüt ilk oyunu evdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də baş tutacaq.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib