Güclü lider olmadan xalqın inkişafını,rifahını düşünmək,təsəvvür etmək olmaz. Azərbaycanın başına gələn hadisələrdən də bunu sübut etmək mümkündür. Ümummilli lider Heydər Əliyevin xalıqn təkidli tələbi ilə hakimiyyətə gəlişinə qədər olan məsələləri göz önünə gətirmək kifayətdir. 1991-ci ildə xalqımız qanı bahasına müstəqilliyini qazansa da, güclü, müdrik lideri olmadığı üçün ölkədə pərakəndəlik,özbaşınalıq baş alıb gedirdi.
Bölgələrdə separatizm baş alıb gedirdi və vətəndaş müharibəsinin başlanması şübhəsiz idi. Ölkə hər cəhətdən geriyə doğru gedirdi. Vəziyyətin belə acınacaqlı olduğu bir vaxtda xalqın pənahı Heydər Əliyev oldu. Xalq Onu hakimiyyətə dəvət etdi. Azərbaycan öz qurtuluşunu tapmış oldu. Ulu öndərin gəlişi ilə ölkədə vəziyyət dəyişməyə,hər şey yaxşılığa doğru getməyə başladı. Məhz Onun güclü siyasəti, uzaqgörənliyi sayəsində ölkəmiz günü-gündən tərəqqi etməyə başladı.
Onun milli maraqlara,dövlətçilik ənənələrinə söykənən siyasəti nəticəsində üçrəngli bayrağımız həm ölkədə,həm də ölkədən kənarda qürurla dalğalanmağa başladı. Müasir Azərbaycan reallığı məhz onun siyasəti və fəaliyyəti ilə qoyduğu bünövrənin əsasında inkişaf etməyə başladı. Heydər Əliyev Azərbaycanın qurucusu, xalqın xilaskarıdır. Onun ideyaları və müdrik siyasəti nəticəsində bu gün Azərbaycan inamla irəliyə doğru gedir,inkişaf edir, dünyanın siyasi arenasında öz sözünü deyə bilir. Xalqımız Ulu Öndərin misilsiz xidmətlərini yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim böyük minnətdarlıqla yad edir. "Mənim üçün hər şeydən əziz mənim xalqımdır,mənim vətənimdir,mənim torpağımdır" deyən Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının qəlbində özünə əbədiyaşar bir yer qazanmış və xalq yaşadıqca Heydər Əliyev də daim hər birimizin qəlbimizdə yaşayacaq. Onun yetişdirdiyi qətiyyətli lider, layiqli varis olan Prezident İlham Əliyevin də uzaqgörən siyasəti nəticəsində təməli ulu öndər tərəfindən qoyulan inkişaf və tərəqqinin xətti ilə Azərbaycan daha da uca zirvələrə yüksələcək.
Vəfa Orucova,
Füzuli rayon 59 nömrəli tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir