15 iyun 2022 14:28
868

Şuşa Bəyannaməsi regional və qlobal iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır

2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin hüquqi əsasınını yaradan sənəd kimi böyük əhəmiyyətə malikdir. Müştərək maraqlar əsasında regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin əlaqələndirilməsi hər iki ölkənin beynəlxalq nüfuzunu artırır.

Şuşa Bəyannaməsi həm də müharibədən sorakı əməkdaşlığımız üçün yol xəritəsi oldu. Məhz müharibədən sonra regionda sabitliyin və təhlükəsizliyin bərpası üçün birgə səyləri artırmaq yolunda bu sənəd böyük imkanlar yaratdı. Sabitlik isə iqtisadi əlaqələr üçün əsas zəmindir. Eyni zamanda regionda təhlükəsizliyin olması xarici investitorların bölgəyə marağını artırır.

Sənədə əsasən iqtisadi münasibətlərdə milli iqtisadiyyatın şaxələndirilməsinin, ixracat mallarının sərbəst hərəkətinin təşkili üzrə yeni mexanizmlərin yaradıldığını deyə bilərik. Bununla beynəlxalq nəqliyyat dəhlizinin ölkələrimizdən keçən hissələrində tranzit potensialı daha da güclənəcək, yeni nəqliyyat-kommunikasiya strukturu formalaşacaq. Bəyannamənin imzalandığı gün də və ondan sonrakı görüşlərdə də hər iki ölkənin rəhbərləri bu məsələləri xüsusi vurğulayıb, onıarın əhəmiyyəti haqqında beynəlxalq ictimaiyyətə mesajlar verib.

Bir sözlə, yeni imkanlar həm iqtisadi potensialımızı artıracaq, həm də milli iqtisadiyyat yüksələn xətt üzrə inkişaf edəcək. İki ölkə arasındakı münasibətlər bundan sonra da ən yüksək formada davam edəcək.

Yeganə Abbasova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 10a” ƏPT-nin sədr müavini