"Yuventus"dan ayrılan Paulo Dibalanın "İnter"lə keçəcəyi və tərəflərin yaxında müqavilə imzalayacağı dəqiqləşib.
“İki sahil” xəbər verir ki, bu barədə "Football İtaliya" məlumat yayıb. 28 yaşlı hücumçu yaxında Milan təmsilçisi ilə 4 illik sözləşməyə qol çəkəcək. O, illik 6 milyon avro qazanacaq. Bonuslar daxil olmaqla bu məbləğ 8 milyon avroya yüksələcək.
Qeyd edək ki, Dibalanın "Yuventus"dan ayrıldığı təsdiqlənib. Lakin o, iyunun 30-da müqaviləsi başa çatandan sonra azad agent kimi "İnter"ə keçəcək.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib