15 iyun 2022 11:40
741

Azərbaycan xalqının şanlı tarixi

Xalqımızın tarixində böyük əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcəyini müəyyən edən mühüm hadisələrin başlanğıcı qoyulub. 15 iyun 1993-cü il xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanlmasında, onun inkişafında əvəzsiz rol oynayan, daim xalqı üçün çalışan, düşünən Heydər Əliyevdir. Heydər Əliyev adı tariximizə həm də böyük xilaskar kimi düşüb.

18 oktyabr 1993-cü ildə müstəqillik əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsiylə qarşı-qarşıya qaldı. Bir tərəfdən daxili qüvvələrin separatçılıq meyilləri, digər tərəfdən əlverişli fürsətdən istifadə edən erməni şovinistləri fəllaşmağa başlamışdı.Ölkədə başlanan hakimiyyət böhranı 1993-cü ilin iyununda kuliminasiya həddinə çatmışdı.Qarşıdurma vətəndaş müharibəsi dərəcəsinə kimi yüksəldi.1991-1993-cü illər ölkəmiz müasir tarixdə hərc-mərclik, özbaşnalıq dövrü kimi xarakterizə olunur. Yenicə müstəqillik qazanmış dövlətdə siyasi hadisələrə düzgün qiymət verə bilməyən, gələcəyi görə bilməyən, düzgün qərar qəbul etmə bacarığı olmayan şəxslərin rəhbərlikdə olması səbəbindən bu hadisələr baş verirdi.Bütün bunlar əhali arasında iqtidarın nüfuzunu gündən-günə azalırdı.Ölkə uçuruma doğru gedirdi.

Belə bir vəziyyətdə xalqın ayağa qalxmasından, Heydər Əliyevi rəhbərliyə gətirməsindən qorxan qüvvələr hər yolla bu prossesə mane olmağa çalışırdı. Amma xalq yaxşı başa düşürdü ki, onu bu vəziyyətdən xilas edə biləcək yeganə şəxs Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da xalqın tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya geldi. Bu gəliş vətənin xilası demək idi. Ulu Öndər dərhal təhlükəni aradan qaldırmaq üçün, dövlət müstəqilliyimizin itirilməməsi üçün bütün gücünü səfərbər etdi.

1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Ali Məclisinin Sədri seçildi. Bununla sonralar Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq olan Milli Qurtuluş gününün təməli qoyuldu. Həmin gün Milli Məclisin keçirdiyi iclasda Heydər Əliyev çıxışında ölkənin gələcək inkişaf strategiyasını elan etdi.Sonrakı illərdə onu həyata keçirdi.Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı.

Bununla ölkədə uzun müddətdir davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan artıq inkişaf edən, gələcəyə inamla baxan dövlətə çevrildi. Nəticədə 1993-cü il oktyabrın 3-də Ümummili lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi. 1997-ci il Parlamentin qərarı ilə xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunan 15 iyun bayram günü elan edildi.

Həsən Rzayev, 
Füzuli rayonu A.Əliyev adına Böyük Bəhmənli kənd 2№-li tam orta məktəbin direktoru