Tarix dahi şəxsiyyətləri nadir hallarda yetişdirir və bu şəxsiyyətlər öz bilik və bacarıqlarını hər zaman xalqının,millətinin və dövlətinin inkişafına,çiçəklənməsinə sərf edir.Azərbaycan xalqının bir çox dönəmlərində,tarixin müxtəlif zamanlarında dövlətimizin həyati əhəmiyyət daşıyan yükünün öz çiyinlərində daşımasında,vacib və taleyüklü qərarların verilməsində əhəmiyyətli şəxsiyyətlərə ehtiyacı olduğu bir zamanda Tanrı xalqımıza Heydər Əliyevi bəxş etmişdir.
Heydər Əliyevin Azərbaycan və dünya qarşısında xidmətləri əvəzsizdir.Ulu öndər haqqında böyük qiymətlər böyük şəxsiyyətlər,dünyanın böyük ölkələrinin liderləri tərəfindən verilmiş və bu gün də verilməkdədir.Unudulmaz şəxsiyyət gənc yaşlarından ömrünün sonuna qədər öz bilik və bacarıqlarını dövlətə və dövlətçiliyə həsr etmiş, Naxçınan NKVD-sindən tutmuş Sovet İttifaqı Nazırlər Soveti sədrinin Sədrinin Birinci müavini vəzifəsinədək siyasi və dövlət vəzifəsinə yüksəlmişdir.Əslində Heydər Əliyevin Sovet İttifaqının 1-ci şəxsi olmamasının səbəbi onun azərbaycanlı olması ilə bağlı idi.Ona görə ki,siyasi büro rəhbərliyində Heydər Əliyev qabiliyyətdə,o savad və bacarıqda şəxsiyyət yox idi.
Heydər Əliyev xalqını və dövlətini çox sevirdi.Əslində o təmənnasız olaraq xalqımızın çətin günlərində yanında olmaq istəyirdi.Təəssüf ki,vəzifə hərisləri,Azərbaycanı sevməyən qüvvələr Heydər Əliyevdən , bilik və bacarığından qorxaraq onu Azərbaycana buraxmaq istəmirdilər.Naxıvana sığınan H.Əliyev Azərbaycanın müstəqilliyi üçün təhlükə yarandığı,vətəndaş müharibəsinin astanasında olduğumuz bir vaxtda xalq tərəfindən Bakıya dəvət edilidi.Elə bir dövr idi ki,Azərbaycanda müxtəlif silahlı birləşmələrin fəaliyyəti nəticəsində ölkəninin müstəqilliyinin itirilməsi üçün real təhlükə yaranmışdı.Gəncə hadisələri pik nöqtə idi.Vətən təhlükədə idi.Bir tərəfdə erməni işğalları,digər tərəfə hakimiyyətsizlik-Azərbaycan reallığı Heydər Əliyevə qədər bu idi.
Çıxılmaz vəziyyətə düşən Azərbaycanın xilas yolu Heydər Əliyevdə idi.15 iyin 1993-cü il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Heydər Əliyev Ali Sovetə Sədr seçildi.Bu tarix Azərbaycan xalqının həyatına “Qurtuluş “ günü kimi daxil oldu.Qısa müddətdə ölkədə həmrəylik bərpa olundu,erməni faşizminə qarşı uğurlu Horadiz əks-əməliyyatı keçirildi,torpaqlarımızın bir hissəsi düşməndən azad edilidi.Heç unutmaq olmaz ki,Heydər Əliyevin 02 noyabr 1994-cü il tarixdə”Vətən təhlükədədir”xalqa müraciəti və çağırışı ilə əli silah tutan vətən oğulları vətənin müdafiəsinə qalxdılar.
Azərbaycan az sayda xoşbəxt xalqlardandır ki,onun Heydər Əliyev kimi bir oğlu var və çox xoşbəxtik ki,Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirən İlham Əliyev kimi siyasi varisi var.Məhz həmin siyasi kursun nəticəsidir ki,Azərbaycan 30 ildən sonra işğal altında olan torpaqlarımız azadlığına qovuşmuş və bu gün o torpaqlarda ləyaqətli qayıdış üçün tikinti-quruculuq işləri davam edir.
Azərbaycanın memarı olan bu Böyük qurucu İnsanın uzunmüddətli proqramı əsasında ölkəmiz durmadan inkişaf edir və edəcək.
Nə qədər ki, Azərbaycan adlı məmləkət var,nə qədər ki,azərbaycan xalqı var Siz heç zaman unudulmayacaqsınız-Böyük Şəxsiyyət,Ulu Öndər!
Amil Mirzəliyev,
Füzuli rayonu Araz Dilağarda kənd tam orta məktəbin direktoru
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir