15 iyun 2022 12:06
721

Qurtuluşumuz Zəfərə aparan yolun başlanğıcı oldu

1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, anarxiya dövrü kimi xatırlanır. Bütün bunlar həmin dövrdə müstəqilliyinə yeni qovuşmuş dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, ictimai-siyasi hadisələrə qiymət vermək və gələcəyi görmək bacarığından məhrum şəxslərin ölkəyə rəhbərlik etməsinə görə baş verdi. Belə bir çətin zamanda xalqı arxasınca apara biləcək, uzaqgörən liderə ehtiyac var idi. O, xalqın ümid yeri olan Heydər Əliyev idi. Ömrünü xalqına həsr edən Ulu Öndər Heydər Əliyev xalqın səsinə səs verdi. Xalqın təkidi ilə Bakıya qayıtdı və 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Xilaskar dövlətimizin müstəqilliyini qorudu və inkişafın təməlini qoydu. Milli Qurtuluşdan başlanan yol xalqımızı tarixi Qələbə Gününə apardı.

Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərinin azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Müzəffər Ali Baş Komandan və Rəşadətli Ordumuz işğal atında olan ərazilərimizi və Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad edti. 

30 ilə yaxın bir dövrdə işğal altında olan və erməni vandalizminin qurbanı olan ərazilərimizdə indi abadlıq-quruculuq işləri geniş vüsət alıb. Və xalqımız Böyük Qayıdışın astanasındadır. Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib.

Şəbnəm Məmmədzadə,
Füzuli rayon 59 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi