"Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir."
Ümummilli lider Heydər Əliyev
Xalqların və ölkələrin tarixində elə məqamlar olur ki, olum və ölüm sualı ortaya çıxır. XX əsrin 90-cı illərinin əvvəllərində AXC və Müsavat hakimiyyəti ölkəmizi dərin böhran vəziyyətinə çatdırmışdı. Ölkədə vətəndaş müharibəsi başlamışdı, 1993-cü ilin yazında bu müharibənin səngərləri artıq Bakıya yaxın da qurulmuşdu. Belə çətin zamanda xalqı və dövləti bu çətin vəziyyətdən xilas etmək vəzifəsini öhdəliyə götürmək olduqca məsuliyyətli idi.
Məhz həmin dövrdə Ulu Öndər Heydər Əliyev milli qurtuluşu yerinə yetirmək missiyasını uğurla icra etdi. O, Azərbaycan xalqının böyük ümidlərinin dalğasında ikinci dəfə yenidən hakimiyyətə gəlmiş və bununla da ölkəmizdə Milli Qurtuluş hərəkatının bünövrəsi qoyulmuşdur. Beləliklə, 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə "Milli Qurtuluş" günü kimi daxil oldu. Azərbaycan Respublikasının Prezidenti kimi Ulu Öndər Heydər Əliyev 1993-cü ilin oktyabrın 3-dən başlayaraq ölkəmizdə vətəndaş müharibəsini dayandırmış və cəmiyyətin müxtəlif sahələrini əhatə edən islahatlar həyata keçirməklə genişmiqyaslı böhranı qısa müddət ərzində aradan qaldırmışdır.
Böyük qurtuluş ölkəmizin xilasının etibarlı təminatı və möhkəm təməlidir. İnkişaf etmiş müstəqil Azərbaycan böyük qayıdışın və milli qurtuluşun böyük bəhrəsidir. Bugün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, Heydər Əliyev özünün şah əsəri olan Azərbaycanı özünün layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə əmanət edib.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə yenilməz ordumuz işğaldan azad olunan uca zirvələrə üçrəngli müqəddəs bayrağımızı sancdı. Bu möhtəşəm qələbə hər bir birimizə əbədi qurtuluş, baharı bəxş etdi. Xalq-iqtidar birliyi bizi bir yumruq kimi birləşdirdi. Bugün Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır!
Nəzrin Məmmədova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir