14 iyun 2022 15:39
857

Kompaninin yeni klubu

"Mançester Siti"nin  sabiq futbolçusu Vensan Kompani "Bernli"nin yeni baş məşqçisi təyin olunub.

“İki sahil” xəbər verir ki, bu barədə İngiltərə klubunun  saytı məlumat yayıb.

Qeyd edək ki, 36 yaşlı mütəxəssis bundan əvvəl "Anderlext"i çalışdırıb. O, ötən ay Belçika klubunun baş məşqçisi vəzifəsindən istefa verib.

Qeyd edək ki, "Bernli" 2022/2023 mövsümündə Çempionşipdə çıxış edəcək.