Bu günlər Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yanında İctimai Şura üzvlərinin Lənkəran rayonunun bir sıra məşqçi-müəllimi və idmançıları ilə görüşü baş tutdu. Şəhər Gənclər və idman idarəsinin təşkilatçılığı sayəsində keçirilən tədbirə 60 nəfər idmançı qatılmışdı.
İctimai şuranın üzvləri A. Əliyev, İ. Cavanşir və N. Şıxəliyeva idmançılar qarşısında çıxış edib görüşün təşkili barədə məqsədə aydınlıq gətirdilər, eləcə ölkədə dövlətin idmana olan qayğısından danışdılar.
Daha sonra söz məşqçi-müəllimlərə verildi. Belə ki, çıxış edən məşqçi-müəllim, beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov, büdo döyüş növləri və cüdo idman növü üzrə məşqçi-müəllim Zaur Məmmədov, boks üzrə məşqçi-müəllim, idman ustası Elnur Hacıyev, futbol üzrə məşqçi-müəllimlər Xəyal Abbasov və Cəlal Məmmədov rayon idmançıların qazandığı uğurlardan danışdılar, həm də mövcud problemlərə toxundular və onların həlindən ötrü öz təkliflərini irəli sürdülər.
Çıxışlar bitəndən sonra İctimai şuranın üzvləri tədbirdə iştirak edən idmançıların maraq dairəsində olan suallara cavab verdilər, onlarla birlikdə fikir mübadiləsi apardılar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib