Dağlar diyarı Lerik rayonunda 15 İyun- Milli Qurtuluş Günü münasibətilə maraqlı idman yarışları da təşkil olunur. 8-11 və 12-14 yaşlı oğlan və qızlar arasında Şahmat üzrə Lerik rayon birinciliyi belə yarışlardan idi. Heydər Əliyev Mərkəzində baş tutan yarışda yaş kateqoriyaları üzrə 48 şahmatçı birincilik uğrunda mübarizə apardı. Birinciliyin qalibləri Lerik rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.
Yarışlar Yeni Azərbaycan Partiyası Lerik rayon Təşkilatı, rayon Gənclər və İdman İdarəsi, rayon Uşaq Gənclər İdman və Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirildi.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib