14 iyun 2022 14:51
584

Suares "Yuventus"a təklif olundu

"Atletiko"nun futbolçusu Luis Suares "Yuventus"a təklif olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb. A seriyası təmsilçisinin 35 yaşlı oyunçunu transfer etmək istədiyi vurğulanıb.

Qeyd edək ki, uruqvaylı hücumçunun Madrid təmsilçisi ilə müqaviləsi iyunun 30-u başa çatır.