"Real"dan ayrılan Marselo karyerasını Türkiyədə davam etdirə bilər.
"İki sahil" goal.com-a istinadən xəbər verir ki, "Fənərbaxça" braziliyalı müdafiəçi ilə maraqlanır. İstanbul təmsilçisinin yaxın günlərdə 34 yaşlı oyunçuya təklif göndərəcəyi vurğulanıb.
Bildirilib ki, futbolçunun özü Çempionlar Liqasında oynamaq istəyir və Türkiyəyə köçməyi düşünməyə hazırdır. O, ildə təxminən 6 milyon avro qazanmaq istəyir.
Marselo ilə Qətər və Braziliya klubları da maraqlanır. Ancaq o, Avropada qalmağa üstünlük verir.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib