14 iyun 2022 12:33
824

Komandası mundiala vəsiqə qazandı, baş nazirdən bunu istədi

Avstraliya millisinin baş məşqçisi Qrem Arnold komandanın 2022-ci il dünya çempionatına vəsiqə qazanmasını şərh edib.

"İki sahil" "Daily Mail"ə istinadən xəbər verir ki, o,  bu uğuru qeyd etmək üçün Avstraliyanın baş naziri Entoni Albanesedən bir günlük əlavə istirahət istəyib: “Heç kim bilmir ki, futbolçular mundiala vəsiqə üçün nələrdən keçiblər.  Bu mundiala vəsiqə qazanmaq üçün 16-sı səfərdə olmaqla 20 seçmə oyun keçirməli olduq. Çox çətin idi, amma bacardıq.

Mən Avstraliyanın baş naziri Entoni Albanese bu hadisəni qeyd etmək üçün hər kəsə bir gün istirahət verməyə çağırdım. Çünki düşünürəm ki, bu, tarixin ən böyük nailiyyətlərindən biridir”.

Qeyd edək ki, Avstraliya dünən Peruya (əsas vaxt - 0:0, penaltilər seriyası - 5:4) qalib gələrək mundiala vəsiqə qazanıb.