"Qarabağ"ın futbolçusu Ovusu Kvabena karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sakaryaspor" 24 yaşlı hücumçu ilə maraqlanır.Türkiyə 1-ci liqasına yüksələn klubun qanalı oyunçuya təklif göndərdiyi bildirilib. "Sakaryaspor"un Kvabenanı icarəyə götürmək istədiyi vurğulanıb. Ancaq "Qarabağ"ın oyunçunu birdəfəlik sata biləcəyi iddia olunub.
Qeyd edək ki, O.Kvabena ötən mövsüm icarə əsasında "Ankaragücü"ndə oynayıb. O, dünən "Qarabağ"ın düşərgəsinə qayıdıb.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib