14 iyun 2022 11:02
743

DÇ-2022-də oyundankənar vəziyyəti müəyyənləşdirən yarımavtomat tətbiq oluna bilər

Qətərdə keçiriləcək DÇ-2022-də yenilik tətbiq oluna bilər.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) açıqlayıb.

Qurum oyundankənar vəziyyəti müəyyənləşdirən yarımavtomat VAR texnologiyasının istifadəsini nəzərdən keçirir. Ofsayd zamanı VAR hakimlərinin qərar verməsi 3-4 dəqiqəyədək vaxt aparır. Süni intellektli yarımavtomat isə bunu 3-4 saniyəyə müəyyənləşdirəcək.

Qeyd edək ki, qolların qeydə alınması üçün tətbiq olunan texnologiyaların özünü doğrultması bu yeniliyin də uğur qazanması ehtimalını artırır.