Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyununda ilk qol vurulub.
Azərbaycan millisi 76-cı dəqiqədə hesabı açıb. Mahir Emreli baxımlı qola imza atıb.
***
Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyununda ilk hissə başa çatıb.
"Dalğa Arena"da keçirilən matçda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
***
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda üz-üzə gələcək Azərbaycan və Belarus yığmalarının start heyətləri açıqlanıb.
“İki sahil” xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 18. Cəlal Hüseynov, 20. Riçard Almeyda
Belarus: 12. Pavel Pavlyuçenko, 2. Kirill Peçenin, 3. Valeri Boçerov, 4. Ruslan Xadarkeviç, 5. Vladislav Malkeviç, 6. Sergey Politeviç, 8. Qleb Şevçenko, 9. Maks Ebonq, 10. İvan Bahar, 14. Yevgeni Yablonski (k), 21. Vladislav Klimoviç
Qeyd edək ki, "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib