Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) komandalara bir matçda beş əvəzetmə etməyə icazə verən qaydanı daimi olaraq təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə IFAB-ın rəsmi saytı məlumat yayıb.
Əvvəllər bu qayda koronavirus pandemiyası ilə əlaqədar komandalarda kadr çatışmazlığına görə tətbiq edilirdi.
IFAB-ın bugünkü iclasında həmçinin, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib