"Mançester Siti" yeni transferi Erlinq Haalandla müqavilə bağlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb. Son klubu Dortmund "Borussiya"sı olan norveçli hücumçunun sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
21 yaşlı forvard iyulun 1-də "Mançester Siti"nin futbolçusu sayılacaq.
Qeyd edək ki, 2020-ci ilin yanvarından "Borussiya"da çıxış edən Haaland bu müddətdə 89 oyuna 86 qol vurub, 23 qol ötürməsi edib.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib