13 iyun 2022 12:14
815

Azərbaycan - Qazaxıstan oyununun stadionu müəyyənləşdi

UEFA Millətlər Liqasında Azərbaycan yığmasının Qazaxıstanla qarşılaşacağı stadion müəyyənləşib.

"İki sahil" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək.

Oyun saat 20:00-da başlanacaq.

Xatırladaq ki, millimiz bu rəqibi ilə səfərdə keçirilən ilk görüşdə 0:2 hesabı ilə uduzub.