13 iyun 2022 11:47
1002

Ulu öndər dövlətçiliyimizi xilas etdi

15 iyun 1993 il müasir Azərbaycan tarixində ən vacib və böyük günlərdən biridir. Məhz həmin gün Azərbaycan öz dövlətçiliyini qoruyub saxlaya bildi. XX əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan, qısa vaxtdan sonra onun itirilməsi ilə üzləşdi. Ölkədə hakimiyyət davası 1993-cü ilin iyun ayında pik həddinə çatmışdı, xaos və anarxiya respublikanı bürümüşdü. Ölkədə vətəndaş müharibəsi gedirdi, hətta milli maraqlar təhlükə altında idi. Ermənistan Azərbaycan hakimiyyətində boşluqlardan istifadə edərərək ölkəmizə təcavüz edərək, dövlətimizin zəiflənməsinə nail olmuşdur. Ölkəmiz böyük təhlükə qarşısında idi, çünki Azərbaycanı müstəqil yaşaması bir çox qüvvələrn marağında deyildi.

1991-1993-cü illərdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunurdu, ölkədə  gündən-günə ağırlaşan iqdisadiyyət, siyası gərginlik, bunlar hamısı xalqa güclü lider ehtiyacı olduğunu göstərirdi. Ölkəmizdə demək olar ki, hamı əmin idi ki, bu ağır vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev çıxara bilər və xalqın çağırışı ilə 1993-cü ildə iyunun 9-da ulu öndər Bakıya qayıtdı və Azərbaycanın gələcəkdə baş verə biləcək bəlalardan xılas etdi.

Heydər Əliyev vəzifəyə gəldiyi ilk gündən tez bir zamanda ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümümmilli Liderin müdrükliyi, uzaqgörənli siyasəti, xarizması sayəsində dövlətimiz inkişafa başladı. Məhz Heydər Əliyev müasir Azərbaycan ordusunun qurucusudur. 1994-ci ildə atəşkəs elan etdikdən sonra milli ordumuz quruculuğu daha da sürətləndi.

1994-ci ildə “Əsrin müqaviləsi” nin imzalanması ulu öndər Heydər Əliyevin şah əsəridir. Məhz bu anlaşmadan sonra Azərbaycan ışıq sürəti ilə inkişafa başladı. 1995-ci ildə Heydər Əliyevin uzaqgörən siyasəti nətiçəsində Konstitusiya qəbul edildi və bunun ilə ölkədə islahatlar aparılması üçün normativ-hüquqi baza formalaşdı.

Azərbaycan dövlətinin illər ərzində qazanılan bütün uğurlar məhz ulu öndər Heydər Əliyevin özünəməxsus siyasi idarəetmə qabilliyəti, qətiyyəti və uzaqgörənliyinin nətiçəsidir və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümümmilli Liderinin yolunun layiqli davamçısıdır.

Emin Rəhimov, 
“Məişət Maye Qaz” QSC-nin Layihəçi mühəndisi