13 iyun 2022 01:01
599

“Williams”ın pilotu cəzalandırılıb

“Williams” komandasının pilotu Nikolas Latifi Formula 1 Azərbaycan Qran-Prisinin stüardları tərəfindən cəzalandırılıb.

"İki sahil" xəbər verir ki, buna səbəb 27 yaşlı pilotun yarış qaydalarını pozması olub. Belə ki, kanadalı pilot dəfələrlə göy bayraq siqnalına əhəmiyyət verməyib, həmçinin döngələrdə sürücülərin onu ötməsinə mane olub.

Əvvəlcə yarışın stüardları pilota 5 saniyəlik cərimə versələr də, daha sonra N.Latifini 1 cərimə xalı ilə cəzalandırıblar.

Hazırda N.Latifinin hesabında cari mövsüm 4 cərimə xalı var.