Ruslan Yudenkov: Azərbaycan millisi topa sahib olmağı sevir
"Azərbaycan yığması oyun strukturu olan yaxşı komandadır. Onlar futbolun necə oynanıldığını bilirlər və topa sahib olmağı sevirlər".
“İki sahil” xəbər verir ki, bunu Belarus millisinin futbolçusu Ruslan Yudenkov Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.
35 yaşlı müdafiəçi əhval-ruhiyyələrinin o qədər də yüksək olmadığını söyləyib: "Çünki 7-10 xala sahib deyilik. Belə olsaydı, indi əhvalımız daha yaxşı idi. Sabah bizim üçün ən vacib oyundur".
Qeyd edək ki, iyunun 13-də keçiriləcək Azərbaycan - Belarus matçı saat 20:00-da başlayacaq.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib