12 iyun 2022 20:29
584

Lüis Hemilton: Ağrı və adrenalindən dişimi sıxmışdım

"Ağrı və adrenalindən dişimi sıxmışdım. Dua edirdim ki, yarış tez bitsin".

“İki sahil” xəbər verir ki, bunu "Mercedes" komandasında çıxış edən "Formula 1" pilotu Lüis Hemilton Azərbaycan Qran-prisindən sonra "Sky Sports"a açıqlamasında deyib.

7 qat dünya çempionu həmin ağrıları sözlə ifadə edə bilməyəcəyini söyləyib: "Amma ümumilikdə biz yaxşı vəziyyətdəyik. 3 və 4-cü yeri tutmaq komanda üçün əla nəticə sayılır".

Qeyd edək ki, Lüis Hemilton Bakıdakı yarışda 4-cü olub. Onun komanda yoldaşı Corc Rassell üçüncü yeri tutub.