12 iyun 2022 18:38
508

“Mercedes”in pilotu Azərbaycan Qran-Prisindən məmnun qalıb

Cari mövsüm üçüncü dəfə podiuma qalxdığım üçün xoşbəxtəm. Formula 1 yarışında qəza etmədən finiş etmək çox vacibdir. Bakı trasında bunu nail oldum.

"İki sahil" xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisini üçüncü pillədə başa vuran “Mercedes”in pilotu Corc Rassel deyib.

Cari mövsümün Almaniya komandası üçün çətin keçdiyini bildirən pilot vurğulayıb: “Bolidlərimiz tam forma deyil. Bunun da səbəbi yenilənmələrin tam olaraq başa çatmamasıdır. Buna baxmayaraq, Azərbaycan Qran-Prisində qazandığım üçüncülükdən çox məmnunam”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin ilk iki pilləsində “Red Bull Racing” komandasının pilotları Maks Ferstappen və Serxio Peres yer alıblar.