“Bu gün avtomobildə inanılmaz tempimiz var idi”.
Bunu “Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi Maks Ferstappen deyib.
“Red Bull”un pilotu Bakı trasındakı qələbəsini şərh edib: “Bolidin balansından çox məmnunam. Komanda olaraq 1-2-ci yerlərdə qərarlaşdığımız üçün, həqiqətən də, xoş gündür”.
Qeyd edək ki, Azərbaycan Qran-prisində Serxio Peres (“Red Bull”) ikinci, Corc Rassell (“Mercedes”) isə üçüncü yeri tutub.
Apasport.az
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib