Formula 1 Azərbaycan Qran-Prisi “Ferrari” komandası üçün erkən başa çatıb.
“İki sahil” xəbər verir ki, “Ferrari” komandasının iki pilotu Formula 1 Azərbaycan Qran-Prisində mübarizəni dayandırıb.
Qran-Prinin 9-cu dövrəsində “Ferrari” komandasının ispaniyalı pilotu Karlos Saynsın bolidində texniki problem yaranıb.
“Ferrari”nin digər pilotu Şarl Lekler də yarışı davam etdirə bilməyib.
Qran-Prinin 20-ci dövrəsində monakolu pilotun bolidinin mühərrik hissəsində tüstülənmə baş verib.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib