“Formula-2” üzrə Azərbaycan Qran-prisində ikinci qəza yaşanıb.
“İki sahil” xəbər verir ki, hadisə 12-ci döngədə baş verib.
Roy Nissani (“Dams”) və Cem Bölükbaşının (“Çaruz”) idarə etdiyi bolidlər əvvəlcə bir-birlərinə dəyiblər, sonra baryerə çırpılıblar. Nəticədə hər iki bolid yararsız hala düşüb.
Qeyd edək ki, bundan əvvəl Olli Kalduell (“Kampos”) və Amauri Kordell (“Van Amersfoort”) toqquşaraq treki tərk edib.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib