Fransanın "PSJ" klubu "Bavariya"nın Polşalı hücumçusu Robert Levandovskini transfer etmək niyyətindədir.
"İki sahil" xəbər verir ki, parislilərin yeni müşaviri Luis Kampos 33 yaşlı hücumçunun hesabına klubun hücum xəttinin gücləndirmək fikrindədir. Beləliklə, "PSJ" R. Levandovskini heyətində görmək istəyən İspaniyanın "Barselona" klubu ilə mübarizə aparmalı olacaq.
Xatırladaq ki, Levandovski daha əvvəl "Bavariya"dan ayrılmaq istədiyini açıqlayıb. Bundan başqa, hücumçu klubun mövsümöncəsi təlim-məşq toplanışına gəlməkdən imtina edib. Polşalı hücumçunun Bundesliqa çempionu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib