12 iyun 2022 00:33
737

Millimizin 2 minifutbolçusu Avropa çempionatının ən yaxşı seçiliblər

Azərbaycanın mini-futbol üzrə milli komandasının iki üzvü Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında fərqlənib.

“İki sahil” xəbər verir ki, bunlar Davud Kərimi və Bəxtiyar Soltanovdur.

Kərimi yarışın ən yaxşı qapıçısı, Soltanov isə ən yaxşı oyunçusu seçilib.

Hər iki fubolçuya xüsusi mükafat təqdim edilib.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu olub.