Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxıb.
"İki sahil" xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya yığması ilə qarşılaşır.
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda bu rəqibinə 0:2 hesabı ilə uduzmasına baxmayaraq, digər oyunlarda İspaniyanı 5:1, Albaniyanı 1:0 hesabı ilə məğlub edib.
Finala gedən yolda Azərbaycan komandası növbəti görüşlərində İsraili 3:0, Slovakiyanı isə 1:0 üstələyib.
Xatırladaq ki, komandamız yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:3 (penaltilərlə) hesabı ilə qalib gəlib.
Bu gün üçüncü yer uğrunda matçda isə Qazaxıstan seçməsi Bolqarıstanla görüşüb.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib