“Red Bull Racing” komandasına azarkeşlik etmək üçün Azərbaycana gəlmişəm. Formula 1 Azərbaycan Qran-Prisinin əyləncə zonası çox maraqlıdır və burada gözəl vaxt keçirmək üçün hər cür şərait var.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə gəlmiş misirli azarkeş Amor Maqdi deyib.
Paytaxt Bakının ecazkar görünüşdən danışan misirli qonaq bildirib: “Yarışın Xəzər dənizinə yaxın keçirilməsi çox gözəl ideyadır. Çünki yarışları izləməklə yanaşı, dənizin gözəlliyini də seyr etmək imkanımız olur. Azərbaycanlılar çox qonaqpərvər və mehribandırlar. Özümü burada yad kimi hiss etmirəm”.
Azərbaycan Qran-Prisinin ilk günündə “Red Bull Racing” komandasının uğurlu çıxış etdiyini deyən A.Maqdi qeyd edib ki, bu il azarkeşlik etdiyim komandanın çempionluq şansı çox böyükdür. İnanıram ki, sabah – Azərbaycan Qran-Prisində məhz “Red Bull Racing”in pilotları Bakı podiumunda yer alacaqlar.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib