11 iyun 2022 10:44
675

"Formula 1" 30 ildən sonra Afrikada

2023-cü ildə "Formula 1" üzrə dünya çempionatının mərhələlərindən biri Cənubi Afrika Respublikasında (CAR) keçirilə bilər.

"İki sahil" xəbər verir ki, yarış rəhbərliyi Cənubi Afrika Qran-prisini təqvimə əlavə etməyi planlaşdırır.

"Formula 1" prezidenti Stefano Domenikalinin bu məqsədlə növbəti həftə CAR-a səfəri nəzərdə tutulub.

Qeyd edək ki, Afrika qitəsində sonuncu "Formula 1" yarışı 1993-cü ildə gerçəkləşib.