Minifutbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsindəki rəqibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda Elşad Quliyevin baş məşqçi olduğu kollektivin finaldakı rəqibi Bolqarıstanı 0:1 hesabı ilə məğlub edən Rumıniya komandasıdır.
Xatırladaq ki, Azərbaycan millisi yarımfinalda Qazaxıstanı 3:2 hesabı ilə məğlub edib.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib