11 iyun 2022 00:09
853

“Formula-1”: İkinci yarış günündə ilk qaliblər bilinəcək

“Formula-1” üzrə Azərbaycan Qran-prisi davam edir.

“İki sahil” xəbər verir ki, mövsümün səkkizinci mərhələsinin ikinci günündə ilk qaliblər müəyyənləşəcək.

Qran-prinin ikinci günündə “Formula-1” pilotları iki dəfə trekə çıxacaqlar. Onlar öncə üçüncü – sonuncu sərbəst yürüşdə məşq edəcəklər. Ardınca sıralama turunda mübarizə aparacaq iştirakçılar əsas yarış üçün mövqelərini dəqiqləşdirəcəklər.

Azərbaycan Qran-prisi
11 iyun
13:30-14:20. “Formula-2”. Sprint yarışı
15:00-16:00. “Formula-1”. Üçüncü sərbəst yürüş
18:00-19:00. “Formula-1”. Sıralama turu

Qeyd edək ki, yarış iyunun 12-də yekunlaşacaq.