10 iyun 2022 21:43
559

Maksim Medvedev Slovakiya ilə oyunda zədələndi

Futbol üzrə Azərbaycan millisinin kapitanı Maksim Medvedev zədələnib.

“İki sahil” xəbər verir ki,  33 yaşlı müdafiəçi evdə Slovakiya yığmasına qarşı keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyununda sıradan çıxıb.

Onu 65-ci dəqiqədə Bədavi Hüseynov əvəzləyib.

Qeyd edək ki, "Dalğa Arena"da gerçəkləşən matçda ikinci hissə oynanılır və hesab açılmayıb.