10 iyun 2022 18:05
801

"Barselona" Serji Roberto ilə yeni sözləşmə imzaladı

"Barselona" futbolçusu Serji Roberto ilə müqaviləni uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı müdafiəçi 2023-cü ilin yayınadək Kataloniya təmsilçisində oynayacaq. Sözləşməyə görə, onun təzminat məbləği isə 400 milyon avrodur.

Qeyd edək ki, Serji 2010/11 mövsümündə əsas komandada debüt edib. O, "Barselona" ilə 23 kubok, o cümlədən 2 dəfə Çempionlar Liqasını qazanıb.