11 iyun 2022 01:12
847

Ulu Öndər dövlətimizi məhv olmaqdan xilas etdi

1988-ci ildən başlayan və keçmiş SSRİ Respubilkalarının bir çoxunu əhatə edən milli və etnik zəmində baş vermiş süni münaqişələr son nəticədə SSRİ-nin çöküşü ilə nəticələndi. SSRİ-nin süqutu ümumilikdə müspət hadisə kimi qiymətləndirilsədə itfaqqın tərkibində olmuş bir sıra xalqlara,o cümlədən Azərbaycan xalqına böyük faciələr yaşatdı.Moskvanın və diğər güc mərkəzlərinin xeyir-duasını,hər cür dəstəyini alan ermənilər müxtəlif uydurma bəhanələrlə Azərbaycanın ayrılmaz hissəsi,əzəli torpaqlarımız  olan Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmaq üçün əməli fəaliyyətə keçdilər. Əvvəldən hazırlanmış senari üzrə ,ayrı-ayrı dövlətlər üçün müxtəlif mərhələləri əhatə edən ilham prosesini reallaşdırmaqa başladılar.Həyata keçirilən prosesin bütün detalları haqqında məlumat verməklə kifayyətlənməyi məqbul hesab edirəm. Erməni və onların havadarlarının beyin mərkəzlərinin hazırladığı senari üzrə həyata keçirilən prosesi şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar:

1) Ermənistanda və keçmiş Dağlıq Qarabağ muxtar Vilayətinin ərazisində milli münaqişəyə hazırlıq üçün əvvəlcədən müyyənləşdirilmiş  şəxslər tərəfindən təbliğat kompaniyasının aparılması,qızışdıracaq materialların yayılması,etirazçı kütlənin formalaşdırılması ;

2) Ermənilərin etiraz mitiqlərinin keçirilməsi azərbaycanlı əhaliyyə qarşı təzik və təqiblərin təşkili;

3) Ermənistan və Qarabağ Muxtar Villayətinin qarışıq yaşayış məntəqələrindən azərbaycanlıların deportasiya olunmaslı,Yuxarı Qarabağda fəaliyyət götərən sənaye obyektlərinin Ermənistana tabe edilməsi ,dövlət orqanlarının Azərbaycan tabeliyindən çıxarılması və xüsusi silahlı qüvvələrin formalaşdırılması;

4) Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayyətinin və ətraf rayonların işğal edilərək azərbaycanlı əhalinin daim yaşayış yerlərindən didərgin salınması .

Yuxarıda qeyd olunanların həyata keçirdiyi fəaliyyətinin qısa xülasəsidir.

Azərbaycanda baş verənlərə nəzər salsaq görərik ki, xalqımıza və ərazilərimizə qarşı aparılan mənfur siyasətin qarşısının alınması istiqamətində təsirli tədbirlər görmək əvəzinə hakimiyyət uğrunda mübarizə gedir,Vəzirov və Mütəllibov hakimiyyətdə qalmağın yeganə yolunu Moskvanın buyruqqulu olmaqda görür,özlərini demokratik qüvvələr adlandıranlar isə mövcud hakimiyyəti iflic edib.özlərinin iqtidara gəlməsiməqksədini güdürdülər.Onlar bu yolda hər cür naxələfliyə belə hazır idilər.Hakimiyyət uğrunda çəkişmə ,xalqın və vətənin taleyinə biganəlik mənfur erməni siyasətinin reallaşdırılmasına imkan verdi,torpaqlarımız bir –birinin ardınca işğal edildi,millətimiz Xocalı, Meşəli,Qaradağlı,Ağdban soyqırımlarını yaşadı,bir milyondan artıq soydaşımız dədə-baba yurdundan didərgin düşdülər.Bunlar az imiş kimi Vətəndaş müharibəsi  reallıq idi.Gəncədə silahlı qüvvələr artıq üz-üzə dayanmışdı, hər iki tərəfdən qan tökülmüşdü,  20-dən artıq insan qətlə yetirilmişdi. O dövürkü hakimiyyət vəziyyətdən çıxış yolunu tapmadığına və şəxsi həyatları üçün təhlükə yarandığına görə Ulu Öndər, xalqımızın Ümummilli Lideri Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etmək məcburiyyətində qaldılar. Ulu Öndərimiz 1993- cü ilin iyun ayının 9-da Naxçıvandan Bakıya gəldi.  O gəncəyə etdiyi iki səfərlə başlanmış vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. O dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü təmsilçiləri ən azından Sürət Hüseynov təhlükəsindən onların şəxsi həyatlarını xilas etdiyinə görə Ulu Öndər Heydər Əliyevə minnətdar olmaq əvəzinə ,cəmiyyətdə pozuculuq fəaliyyəti göstərçəklə ümumi işə əngəl törətməyə əngəllər törətməyə cəhdlər etdilər, yenidən hakimiyyətə qayıtmaq üçün bütün üsullardan istifadə etdilər.

Azərbaycanda marağı olan xarici qüvvələrin dəstəyi ilə 1994-1995 –ci illərdə dövlət çevrilişinə cəhdlər edildi. Ulu Öndərimizin şəxsi həyatına qarşı sui-qəsd planlarından belə istifadə edildi. Bütün manelərə, təzyiqlərə, şəxsi həyatına qarşı təhlükələrə baxmayaraq Ulu Öndər Heydər Əliyev xalqımızdan aldığı dəstəyə arxalanaraq, şəxsi qabilliyyətinə, uzunmüddətli dövlətçilk təcrübəsinə,idarəetmə bacarığına,beynəlxalq səviyyədə malik olduğu nüfuzuna, xalqına və vətəninə  sonsuz məhəbbətinə, Allahın bütövlüyünə söykənərək xalqımızı və dövlətimizi düçar edildiyi bəlalardan xilas edə bildi.

İlk öncə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, ayrı-ayrı şəxslərə tabe olan başıpozuq silahlı dəstələr ləğv edilərək əvəzinə vahid komandanlığa tabe olan Silahlı Qüvvələr yaratmaqla torpaqlarımızın ermənilər tərəfindən işğalının qarşısı dayandırıldı, ermənilər atəşkəsə razlaşmalarına nail olundu, dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər quruldu, Azərbaycanın  iqtisadi inkişafının təməlində dayanan “Əsrin Müqaviləsi” adlandırılan böyük neft kontraktının imzalanması reallaşdırıldı, Azərbaycanın siyasi-iqtisadi inkişaf stategiyası müəyyənləşdirildi, müstəqil dövlətin əsas atributlarından olan qanunvericilik bazasının əsasını təşkil edən müasir dünyanın tələblərinə uyğun olan ilk Konstitusiyası  qəbul edildi, bütün sahələrdə islahatlar həyata keçirildi. İqtisadi sahədə dirçəlişə nail olmaq üçün dövlət mülkiyyətində olan ,iqisadi əlaqələrin kəsilməsi, yeni idarəetmə strukturuna uyğun olmayan müəssələrin, sənaye və ictimai iaşə, ticarət obyektlərinin və.s özəlləşdirilməsi həyata keçirildi. Aqrar sahədə böyük islahatlar aparıldı,torpaq üzərində üç mülkiyyət növü müəyyənləşdirildi-dövlət, bələddiyə, şəxsi mülkiyyət.

Digər sahələrdə olduğu kimi, iqtisadi sahədə aparılan düzgün islahatlar öz müsbət nəticələrini göstərdi. İlbəil iqtisadi artım tempinə nail olundu. Azərbaycanın xarici dairələrin təsirinə baxmayaraq karbohidrogen  ehtiyatlarını dünya bazarına çıxarılması,istiqamətində qətiyyətli addımlar atıldı, böyük lahiyyələr icra olundu. Bakı-Tbilisi-Supsa neft kəməri tikilməklə Azərbaycan nefti dünya bazarına çıxarıldı.

Azərbaycan elektrik enerjisi sahəsində xarici aslılıqı aradan qaldırdı.Azərbaycan elektrik enerjisi idxal edən dövlətdən, ixrac edən dövlətə çevrildi.

Əldə olunmuş Valyuta hesabına Azərbaycan böyük həcmli infrastruktur lahiyyələri icra edildi,abadlıq və yenidənqurma işləri həyata keçirildi.

Ulu Öndərimiz Heydər Əliyev müəyənləşdirdiyi siyasi kursu cənab Prezident İlham Əliyev tərfindən uğurla davam etdiriləcək ilbəil yeni uğurlar əldə ediləcək. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan,cənab Przeidentimiz İlham Əliyev tərəfindən müasirləşdirilən Azərbaycan Ordusunun qüdrəti  ilə torpaqlarımız işğaldan azad edildi.İşğaldan azad edilmiş torpaqlarımızın malik olduğu potensiyal və təbii resurslar hesabına iqtisadiyyatımıza yeni imkanlar qazandırıldı. Xalqımız növbəti illərdə daha firavan yaşayacağına əminik.

Yaşasın Ulu Öndərimizin qurduğu müasir, mütəqil Azərbaycan!

Vahid Əliyev,
YAP Xocalı rayon təşkilatının sədri