10 iyun 2022 11:49
593

Millimiz Avropa çempionatında yarımfinal oyununa çıxır

Azərbaycan mini-futbol millisi bu gün Avropa çempionatında yarımfinal oyununa çıxacaq. 

“İki sahil” xəbər verir ki, komanda bu mərhələdə Qazaxıstanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. 

Yarımfinalın digər oyununda Bolqarıstan Rumınya ilə üz-üzə gələcək. Matç saat 22:15-də start götürəcək. 

Avropa çempionatı, 1/2 final

20:30. Azərbaycan - Qazaxıstan

22:15. Bolqarıstan - Rumınya