09 iyun 2022 22:45
1014

İmişlidə Milli Qurtuluş Gününə həsr olunan turnirə start verilib

YAP İmişli rayon təşkilatının, Mil-Muğan Regional Təhsil İdarəsinin və İmişli Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş gününə həsr olunmuş, 2010-2011-ci il təvəllüdlü məktəblilər arasında futbol üzrə rayon birinciliyinə start verilib.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan İmişli Uşaq Gənclər Şahmat məktəbinin direktoru Akşin Mürsəlov bildirib ki, 120 məktəblidən formalaşmış 12 komandanın iştirakı ilə keçirələcək yarış 5 gün davam edəcəkdir. İyun ayının 14-də final oyunu keçiriləcək, qalib gələn komandanın üzvləri diplomlarla mükafatlandırılacaqdır.

Yarışın açılış mərasimində iştirak edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev müstəqillik salnaməsində mühüm rol oynayan əlamətdar Qurtuluş gününün tarixi barədə iştirakçılara ətraflı məlumat verib. Natiq qeyd edib ki, həmin dövrdə dahi şəxsiyyət Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ölkəmizi böyük fəlakətlərdən qurtarmışdır.

Daha sonra çıxış edənlər Milli Qurtuluş günü ilə bağlı fikirlərini bölüşüblər.