Divoq Oriqi və Loris Karius “Liverpul”u tərk ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 27 yaşlı hücumçu və 28 yaşlı qapıçı ilə başa çatan müqavilənin yenilənməməsi qərarı verilib. Bundan başqa, Şeyi Odjo və Ben Vudbernlə də yollar ayrılıb.
Qeyd edək ki, Oriqi “Liverpul”dakı 8 illik karyerasında 175 oyuna 41 qol vurub. Karius isə 2016-cı ildə “mersisaydlılarla”la müqavilə bağlayıb. O, müxtəlif vaxtlarda icarə qaydasında “Beşiktaş” və “Union Berlin”də də oynayıb.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib