09 iyun 2022 13:05
747

Əliyar Ağayev Superliqanın final oyununa təyinat aldı

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının matçına təyinat alıb.

“İki sahil” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Ağayev Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, pley-off mərhələsində "Veriya" və "Lamiya" arasındakı ilk final qarşılaşmasını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər.

Qeyd edək ki, matç iyunun 11-də keçiriləcək.