08 iyun 2022 19:42
991

Samir Abasov istefaya göndərilib

“Neftçi” klubunun Müşahidə Şurasının iclası keçirilib.

“İki sahil” xəbər verir ki,  iclasda klubun baş məşqçisi Samir Abasov istefaya göndərilib.

Komandaya yeni baş məşqçinin təyin olunması iyunun 14-də növbəti iclasda həyata keçiriləcək. Həmin vaxtadək namizədlər müəyyənləşəcək.

B komandasına Rəşad Abdullayev rəhbərlik edəcək.