08 iyun 2022 17:07
946

Bruno Alveşin yeni iş yeri

2 gün əvvəl futbolçu karyerasını bitirdiyini açıqlayan Bruno Alveşin yeni iş yeri məlum olub.

“İki sahil” xəbər verir ki, 40 yaşlı sabiq müdafiəçi Yunanıstanın AEK-ində idman direktoru vəzifəsində çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, son klubu Yunanıstan "Apollon"u olan Alveş daha əvvəl "Zenit", "Fənərbaxça", "Portu", "Parma"da çıxış edib. O, Portuqaliya millisində 96 oyunda iştirak edib.