08 iyun 2022 14:54
758

Paralimpiya çempionlarımız dünya çempionatına yollanıb

Para-üzgüçülük üzrə Azərbaycan milli komandası Portuqaliyanın Madeyra şəhərində keçiriləcək dünya çempionatına yollanıb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, heyətdə Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibləri Raman Saleh və Vəli İsrafilov yer alıb. Onlar mundialda baş məşqçi Alavərdi Culfayevin rəhbərliyi altında çıxış edəcəklər.

Xatırladaq ki, iyunun 18-dən davam edəcək dünya çempionatı Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.