Slovakiya millisi Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycanla oyuna 2 mütəxəssisin rəhbərliyi ilə çıxacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Slovakiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Komandaya qarşıdakı iki görüşdə Qazaxıstanla matçdan sonra (0:1) istefaya göndərilən Ştefan Tarkoviçin əvəzinə Samuel Slovak və Marek Mintal rəhbərlik edəcək. Yığmanın yeni baş məşqçisinin adına isə yay aylarında aydınlıq gələcək.
Qeyd edək ki, Slovakiya millisi iyunun 10-da Azərbaycanın, 3 gün sonra Qazaxıstanın qonağı olacaq.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib