Türkiyə milli komandası UEFA Millətlər Liqasında keçirdiyi son 2 oyunda rəqib qapılarına ümumən 10 qol vurub.
“İki sahil” xəbər verir ki, əvvəlcə Litvanı 6:0 hesabı ilə məğlub edən “ay-ulduzlular” Farer adalarına qarşı növbəti görüşdə rəqib qapısından 4 cavabsız qol keçirib. Bununla da türklər 25 ildən sonra bir ilkə imza atıb.
Türkiyə millisi son dəfə 1997-ci ildə - DÇ-1998-in seçmə mərhələsində dalbadal iki oyunda 10 və daha çox qol vura bilmişdi (Uels – 6:4, San Marino – 5:0).
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib