07 iyun 2022 21:30
827

Cənub Qaz Dəhlizi vasitəsilə enerji bazarlarına ixrac imkanları genişlənəcək

Xəzərin enerji daşıyıcılarının Avropaya nəql edilməsi məsələsinin həlli istiqamətində atılan praktiki addımlar ölkəmizin nüfuzunu daha da artırmaqla yanaşı əməkdaşlıq üçün yeni imkanlar açır. Respublikanın enerjiyə olan tələbatının maksimum ödənilməsini infrastruktur layihələrinin səmərəsi kimi dəyərləndirən Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan Xəzər bölgəsində ən çox potensiala, imkanlara malik respublikadır.

Avropanın enerji təhlükəsizliyində aparıcı rola malik, böhrana davamlı qüdrətli ölkə kimi özünü təsdiqləyən Azərbaycanın təcrübəsindən istifadə indi daha vacib və önəmlidir. Enerji layihələrini şaxələndirməkdə maraqlı olan Azərbaycanın məqsədi qaz ixracını genişləndirməklə Avropa İttifaqının etibarlı üzvü olduğunu təsdiqləmək, Cənub Qaz Dəhlizi vasitəsilə enerji bazarında ixrac imkanlarını genişləndirməkdir. Bu layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasının Bakıda keçirilməsi əslində Avropanın bu layihəyə böyük önəm verməsinin sübutu idi. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əsas əhəmiyyətli rol oynayıb.Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyi tərəfdaş ölkələrdəndir.

Xəzərin enerji daşıyıcılarının Avropaya nəql edilməsi məsələsinin həlli istiqamətində atılan praktiki addımlar ölkəmizin nüfuzunu daha da artırmaqla yanaşı əməkdaşlıq üçün yeni imkanlar açır. Respublikanın enerjiyə olan tələbatının maksimum ödənilməsini infrastruktur layihələrinin səmərəsi kimi dəyərləndirən Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan Xəzər bölgəsində ən çox potensiala, imkanlara malik respublikadır.

Çox sevindirici haldır ki, Birləşmiş Ştatlar və Birləşmiş Krallıq Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyib. Böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunub. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak edirlər.

Avropanın enerji təhlükəsizliyində aparıcı rola malik, böhrana davamlı qüdrətli ölkə kimi özünü təsdiqləyən Azərbaycanın təcrübəsindən istifadə indi daha vacib və önəmlidir. Enerji layihələrini şaxələndirməkdə maraqlı olan Azərbaycanın məqsədi qaz ixracını genişləndirməklə Avropa İttifaqının etibarlı üzvü olduğunu təsdiqləmək, “Cənub Qaz Dəhlizi”” vasitəsilə enerji bazarında ixrac imkanlarını genişləndirməkdir.

Mansur Quliyev,
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri